...

AZƏRBAYCAN NEFT-QAZ BORULARININ ALINMASINI AZALDIB

Energetika Materials 16 Sentyabr 2005 17:04 (UTC +04:00)

2005-ci ilin yanvar-iyul aylarında Azərbaycanın quru və dənizdəki yataqlarında əməliyyat aparmaq üçün 95702,7 ton müxtəlif metal borular idxal olunub ki, bu da 2004-cü ilin həmin dövrü ilə müqayisədə 58% azdır.
Dövlət Statistika Komitəsindən Trend ə verilən xəbərə görə, göstərilən dövrdə $94638,6 min məbləğində boru idxal olunub, bu isə 2004-cü ilin həmin dövrünün göstəricisindən 46,2% azdır.

Azərbaycanda neft qaz əməliyyatlarını AR DNŞ, PSA tipli müqavilələr üzrə xarici işrkətlər və xarici kapital qoyulmaqla AR DNŞ BM aparır.

DSK-da qeyd ediblər ki, 2005-ci ilin yanvar-iyul aylarında neft qaz kəmərləri üçün 49029,3 ton boru idxal olunub ki, bu da 2004-cü ilin 7 ayı ilə müqayisədə 54,6% azdır.

2005-ci ilin 7 ayı ərzində 19146,1 ton qazma borusu alınıb, bu isə 2004-cü ilin yanvar-iyul ayının göstəricisindən 10,9% azdır. Borunun ümumi idxal dəyəri 26550,8 min dollar olub, bu isə 2004-cü ilin yanvar-iyul ayı ilə müqayisədə 7,9% azdır.

Xəbər lenti

Xəbər lenti