...

AZERIQAZ YERALTI QAZ ANBARLARINA 850 MİLYON KUBMETRDƏN ARTIR QAZ VURUB

Energetika Materials 26 Sentyabr 2005 18:16 (UTC +04:00)

Hazırda Azeriqaz Qapalı Səhmdar Cəmiyyəti (QSC) "Qaradağ" və "Kalmaz" yeraltı qaz anbarlarına (YQA) qış mövsümündə istifadə olunmaq üçün 850 milyon kubmetrdən artıq qaz vurub. Bu barədə Trend ə Azəriqaz-dan məlumat verilib.Bu göstərici ötən ildəkindən 200 milyon kubmetr çoxdur. İdarə cari ildə YQA-a 1 milyard kubmetr qaz vurmaq niyyətindədir. Hazırda ehtiyat qazın anbarlara vurulması davam edir və havalar sərinləşənə kimi bu işlər davam etdiriləcək.

2005-ci il ərzində Azəriqaz QSC-nin istilik enerji balansına bu il 700 milyon kubmetr qaz toplamalı olsa da, Nazirlər Kabinetinin sərəncamı ilə YQA-na 1 milyard kubmetr qaz vurmaq tapşırılıb və Azəriqaz hesab edir ki, bu günki resurslar bu həcmi mövsümün sonuna kimi toplamağa imkan verir.

Xəbər lenti

Xəbər lenti