...

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının enerji sisteminə 1,5 milyard kVt/s elektrik enerjisi daxil olub

Energetika Materials 11 Yanvar 2006 14:57 (UTC +04:00)

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminə 1,5 milyard kVt/s elektrik enerjisi daxil olub ki, bu da 2004-cü ilin göstəricilərindən 58 mln kVt/s çoxdur. Bu barədə "Tpend"ə Azərenerji SC-dən məlumat verilib.

Blokadada olan NMR-nın əsas enerji təchizatı mənbəyi qonşu ölkələrdən idxal olunan elektrik enerjisidir. Azərenerji SC-nin Mərkəzi Dispetçer İdarəsindən verilən məlumata görə, göstərilən dövrdə NMR-na İrandan elektrik enerjisinin tədarükü 648,65 mln kVt/s və Türkiyədən 402,55 mln kVt/s təşkil edib.

Hazırda HMR-da göstərilən dövrdə 91,9 mln kVt/s enerji hasil edən yalnız "Apaz" SES fəaliyyət göstərir.

Dekabrda NMR 121,3 mln kVt/s-dan artıq elektrik enerjisi alıb. Göstərilən dövrdə İrandan Naxçıvana elektrik enerjisinin tədarükü 70,65 mln kVt/s və Türkiyədən 43 mln kVt/s təşkil edib. Noyabrda "Apaz" SES 7,66 mln kVt/s enerji hasil edib.

Xəbər lenti

Xəbər lenti