...

Berlində Azərbaycanın neft siyasəti və strategiyası müzakirə olunub

Energetika Materials 4 Fevral 2006 13:34 (UTC +04:00)

Trend in "Azərtac"-a istinadən xəbər verdiyi kimi, Azərbaycanın neft siyasəti və strategiyası Berlində "Norveçin sosial-itqisadi və siyasi strategiyasının Xəzər regionunda tətbiqi imkanları" adlı beynəlxalq konfransda müzakirə olunub.

Konfrans Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunun nəzdindəki Elm və Siyasət Fondunun dəstəyi ilə Berlin Universitetinin elmi-tədqiqat qrupu tərəfindən təşkil olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Rumıniya, Moldova, Yunanıstan və Polşanının rəsmi nümayəndələri, alimlər, siyasətçilər və iş adamları iştirak edib. Norveç mütəxəssisləri konfrans iştirakçılarına Norveçin Şimal dənizində neft və qaz sənayesinin inkişafı, milli maraqların təmin olunması haqqında ətraflı məlumat verib.

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycanın energetika siyasətinin əhəmiyyəti, ixrac marşrutları, neft və qaz nəqlinin rentabelliyi, Azərbaycan iqtisadiyyatının yüksəlişində neft sektorunun roluna dair məruzə ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti