...

Dünya bankı Azərbaycanın qaz proqramı üzərində işə başlamağa hazırlaşır

Energetika Materials 20 Fevral 2006 17:40 (UTC +04:00)

Dünya bankının (DB) ekspertləri "Günəşli" yatağının dayaz hissəsində aşağı təzyiqli qaz yığımına dair proqram üzərində işə başlamağa hazırlaşır. Bu barədə Trend ə AR DNŞ-də bildirilib. Yaxın vaxtlarda bu layihə üzrə ekspert qrupunun yaradılması nəzərdə tutulur. Bu proqram DB-nin $481,250 min həcmində qrantı hesabına həyata keçirilir. Bu layihənin gerçəkləşdirilməsi üçün vəsait Yaponiya hökuməti tərəfindən ayrılıb. Yaxın vaxtlarda proqramın hazırlanması ilə bağlı işçi qrup yaradılacaq.

DB ilə saziş çərçivəsində qazın atmosferə atılmasının aradan qaldırılması üçün istifadəsinə dair proqram hazırlanacaq. Proqram üzrə "Günəşli-4" platformasının boş hissəsində qaz-kompressor stansiyasının inşası nəzərdə tutulur. Bu stansiya aşağı təzyiqli qazın artmasına və qazın sahilə nəqlinə kömək edəcək. "Günəşli" yatağında qaz-kompressor stansiyasının inşası 2010-cu il üçün bu yataqdan ildə 4,9 mlrd. m3-dək qaz hasil etməyə imkan verəcək. Hazırda bu göstərici ildə 2,2 mlrd. m3-ə bərabərdir.

Bu gün "Günəşli" yatağının dayaz hissəsində gündəlik 1,6 mln. m3 və "Çıraq"da təxminən 800 min m3 aşağı təzyiqli qaz atılır.

Xəbər lenti

Xəbər lenti