Rəşid Cavanşir Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri layihələrinin idarə olunması üçün yaradılmış BTC Co şirkətinin icraçı direktoru təyin olunub. Trend agentliyinin məlumatına əsasən, bu barədə BTC-nin operatoru olan BP Azerbaijan şirkəti xəbər verib.
Rəşid Cavanşir dünən şərəf ordenilə mükafatlandırılmış Maykl Taunzendin yerini tutacaq. M.Taunzend öz işini BP-də davam etdirəcək.
M.Taunzend 5 il kəmərin tikinti layihəsinə rəhbərlik edib. Kəmər istismara verilib və birinci tanker artıq Ceyhan limanından göndərilib.
R.Cavanşir Azərbaycan, Gürcüstan və Türkiyədə neft və qazın qəbulu, texnoloji emal və ixrac əməliyyatlarına nəzarət edəcək. Bundan əlavə, o, BTC-nin baş icraçı direktoru vəzifəsini yerinə yetirəcək.
R.Cavanşir Azərbaycan Milli Akademiyasının üzvüdür. 2003-cü ildən o, Şimal dənizin cənubunda, Aberdində BP-nin bines üzrə vitse-prezidenti olub.