...

"Azərenerji" Naxçıvan MR-də yeni SES tikmək niyyətindədir

Energetika Materials 18 İyul 2006 13:41 (UTC +04:00)

İran tərəfi Naxçıvan Muxtar Respublikasının Araz çayı üzərində və Ordubad rayonunda sərhəd su elektrik stansiyasının inşası ilə bağlı Azərbaycanın sorğusuna müsbət cavab verib. Bu barədə Trend ə "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Yaxın vaxtlarda bu məsələ ilə əlaqədar olaraq Azərbaycan və İran energetikləri arasında görüşün keçiriləcəyi gözlənilir. "Azərenerji" SC 36 MVt gücündə yeni elektrik stansiyası inşa etmək niyyətindədir.

Araz sərhəd çayı olduğundan bu məsələni İran tərəfi ilə razılaşdırmaq lazımdır. İranlı energetiklərə bu layihənin texniki-iqtisadi əsaslandırılması təqdim olunub.

Layihənin dəyəri bütün layihə sənədləşdirilməsi hazır olduqdan sonra dəqiqləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti