...

Şəki modul elektrik stansiyası avqustda istismara veriləcək

Energetika Materials 31 İyul 2006 15:53 (UTC +04:00)

Hazırda Şəkidə modul elektrik stansiyasının tikintisilə bağlı avadanlığın sazlanması əməliyyatları başa çatmaq üzrədir. Bu elektrik stansiyası avqustda istismara veriləcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, "Azərenerji" SC-dən xəbər veriblər.

Baş vermiş seldən sonra bir sıra xırda problemlərin həlli üçün stansiyada əlavə infrastrukturun inşası haqqında qərar qəbul edilib. Şəki şəhəri və rayon qəsəbələrinin elektrik enerjisilə təminatı, demək olar ki, tam bərpa olunub. 4 xətdə 15 dirək və məftil dəyişdirilib.

Yalnız sel nəticəsində yolları dağılmış Qoxmuq və Kiş kəndlərində texnikanın hərəkəti çətinlik təşkil etdiyi üçün bərpa işləri hələ başa çatmayıb.

Xəbər lenti

Xəbər lenti