...

SC-nin rəhbəri: "Azəriqaz" bu il abunəçilər üçün sayqacların quraşdırılmasını başa çatdırmağı planlaşdırır

Energetika Materials 1 Avqust 2006 18:00 (UTC +04:00)

Bu gün "Azəriqaz" SC-də Nazirlər Kabinetinin 2006-cı ilin birinci yarımili üzrə fəaliyyətinin yekunları ilə bağlı Azərbaycan prezidenti tərəfindən keçirilən dünənki iclasın nəticələrinə həsr olunmüş müşavirə təşkil olunub.

Trend agentliyinin məlumatına əsasən, SC-nin rəhbəri Əlixan Məlikov deyib ki, iclas zamanı qaz təminatı sahəsindəki problemlərin həlli üçün fəaliyyət planı qəbul olunacaq. Bu, xüsusilə, qaz pullarının yığılmasına aiddir. Həmin problemin həlli məqsədilə abunəçilər üçün sayqacların quraşdırılması məsələsini bu il başa çatdırmaq planlaşdırılır, halbuki əvvəllər bu prosesi 2008-ci ildə başa vurmaq ehtimal olunurdu.

Ə.Məlikovun dediklərinə görə, 2005-ci ildə 248 min sayğac quraşdırılıb, halbuki plan 220 min səviyyəsində idi. Cari ilin 6 ayı ərzində təxminən 160 min sayqac quraşdırılıb, ilin sonuna qədər isə bu rəqəm 485 - 490 min arasında olmalıdır.

Bu ilin yanvarında əhalidən tutulmuş qaz pullarının yığımı 16%-ə çatıb. İyunda bu göstərici 44%-ə qədər artıb. Yaxın günlərdə iyul ayına yekun vurmaq planlaşdırılır və bu rəqəm təxminən 50%-i keçəcək. Lakin "Azəriqaz" bu rəqəmi 100%-ə çatdırmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti