...

Azərbaycan yanvar-iyul aylarında Novorossiyskdən 2,7 mln. tondan artıq neft ixrac edib

Energetika Materials 2 Avqust 2006 15:38 (UTC +04:00)

Yeddi ay ərzində Azərbaycan Bakı-Novorossiysk şimal boru kəməri marşrutu ilə 2 mln. 728,317 min ton Urals nefti ixrac edib. 2005-ci ilin analoji dövründə bu göstərici 990,5 min ton olub. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər. Ümumi həcmdən 421,478 min ton ARDNŞ-in və 2 mln. 306,839 min ton neft isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb.

ARDNŞ-də bildiriblər ki, 2006-cı ilin iyul ayı ərzində "şimal" marşrutu ilə 373,550 min ton neft nəql edilib. Bunlardan 74,728 min tonu ARDNŞ-in, 298 min 822 tonu isə ABƏŞ-in payına düşüb. Ötən ilin iyul ayında ARDNŞ bu marşrutla 84,7 min ton neft göndərib.

Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli üzrə tarif 15,67 ABŞ dolları təşkil edir.

Dövlət Neft Şirkətinin məlumatına görə, iyul ayında Brent markalı neftin bir barelinin orta qiyməti 73,66 ABŞ dolları təşkil edib. Urals markalı neftin bir barelinin qiyməti 69,21 ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti