...

Rusiya dəmir yolu vasitəsilə neftin və neft məhsullarının Maxaçqalaya daşınması üçün misilsiz güzəştlər müəyyən edib

Energetika Materials 4 Avqust 2006 13:13 (UTC +04:00)

Rusiyanın Nəqliyyat Nazirliyi dəmir yolu vasitəsilə neftin və neft məhsullarının Maxaçqala limanına, həmçinin Ukraynanın Azov və Qara dəniz limanlarına daşınması üçün misilsiz 50 faizlik güzəştlər müəyyən edib. Rusiya ekspertləri ümid edir ki, 31 dekabra qədər Feodosiya və Maxaçqala limanları istiqamətində güzəşt Ukraynaya Gürcüstandan keçməklə gedən ildə 2,5 mln. ton neft axınının bir hissəsini ələ keçirmək imkanı verəcək.

Trend in Kavkaz-Press-ə istinadən verdiyi xəbərə görə, nazirliyin misilsiz güzəştlərin verilməsi haqqında əmri 2006-cı il iyul ayının sonunda Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Sənəddə dəmir yolu vasitəsilə neft və neft məhsullarının Azov və Qara dəniz hövzəsi limanları istiqamətində daşınması üzrə tariflərə 50% həcmində güzəşt müəyyən olunur.

Rusiya ekspertləri düşünürlər ki, bu qərar Avropa və Asiyanı Qafqaz vasitəsilə birləşdirən TRACEKA nəqliyyat dəhlizi ilə rəqabət aparmaq üçün şərait yaradacaq. TRACEKA - 1993-cü ildə Aİ himayəsi altında yaradılmış layihədir, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Ukraynanın ərazisindən keçir.

Xəbər lenti

Xəbər lenti