...

"Bulla-dəniz" yatağına yeni qaz kəməri çəkiləcək

Energetika Materials 8 Avqust 2006 15:49 (UTC +04:00)

ARDNŞ-ın nəzdindəki "Bulla-dəniz" NQÇİ tərəfindən görülən 99 texniki işin nəticəsində əlavə olaraq 5 340 ton neft hasil olunub. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ARDNŞ-ın mətbuat xidmətindən xəbər veriblər. Dayanmış Quyu Fondundan bir quyunun İşlək Quyu Fonduna keçirilməsi nəticəsində neft hasilatını 20 tona çatdırmaq mümkün olub. İlin əvvəlindən 7 quyuda əsaslı, 13 quyuda isə cari təmir aparılıb.

NQÇİ-nin balansında 39 quyu var. İlin əvvəlindən 45 698 ton neft və 30 220 min kub metr qaz hasil olunub. Bu il NQÇİ ARDNŞ-nin tikinti trestlərilə birgə 1 360 metrlik "Bulla-dəniz - Daşgil" boru kəməri çəkib. 23 saylı dərin özüldə əlavə quyuların qazılması istiaqəmətində işlər başa çatıb. Yaxın günlərdə 29 saylı dərin özülün bərpası, eləcə də 60 və 17 saylı özüllər arasında yeni sualtı qaz kəmərinin tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti