...

ARDNŞ yeni boru kəmərinin çəkilişini başa çatdırıb

Energetika Materials 17 Avqust 2006 12:55 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Günəşli-4" platforması və "Neft Daşları" yatağı arasında 22 km uzunluğunda yüksək təzyiqli yeni sualtı qaz kəmərinin inşasını başa çatdırıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in mətbuat xidməti məlumat verib.

Yeni boru kəmərinin daşıma qabiliyyəti sutkada 2 mln m3 qaz təşkil edir. Kəmər iki hissədən (9 km inşa edilmiş və 13,5 km mövcud hissə) ibarətdir. Kəmərin inşası "Süleyman Vəzirov" gəmisi vasitəsilə həyata keçirilib. Boru kəmərinin birləşdirilməsi isə ARDNŞ, "Azneft" İB və digər qurumların rəhbər heyətlərinin iştirakı ilə baş tutub.

Kəmərin inşası 20 gün ərzində başa çatıb. Bu layihənin gerçəkləşdirilməsi "Günəşli" yatağında qaz hasilatının xeyli artmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti