...

İlin sonunadək ARDNF və USTDA arasında qrant sazişi imzalanacaq

Energetika Materials 6 Oktyabr 2006 11:48 (UTC +04:00)

İlin sonunadək ARDNF ABŞ-ın İnkişaf və Ticarət Agentliyi (USTDA) ilə fondun institusional inkişafının təkmilləşdirilməsi layihəsinin II mərhələsinin gerçəkləşdirilməsinə dair qrant sazişi imzalamaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov məlumat verib. Qrantın həcmi $1 mln səviyyəsində gözlənilir.

"Qrant üzrə ilkin razılaşma artıq əldə olunub", - deyə o qeyd edib.

Layihənin birinci mərhələsi Overture Financial Services (OFS) şirkəti tərəfindən, 19 may 2004-cü ildə imzalanmış saziş üzrə TDA-nın ayırdığı qrant vəsaitləri hesabına gerçəkləşdirilib.

Layihənin OFS tərəfindən həyata keçiriləcək II mərhələsi zamanı mühasibat sisteminin, investisiya portfelini idarəetmənin, gəlirlərin qiymətləndirilməsinin, menecerləri idarəetmə və risklərin qiymətləndirilməsi sisteminin yaradılması üzrə şirkətin seçilməsi istiqamətində məsləhət xidmətlərinin verilməsinin təkmilləşdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti