...

ARDNŞ Novorossiyskdən mənfəət neftinin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 19 Oktyabr 2006 12:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti noyabrda Novorossiysk limanından ümumi həcmi 1,204 mln barel olan neftin (2 tanker partiyası) satışı üzrə tenderi bağlı elan edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Tenderin qalibi Britaniyanın Glencore Energy treyderi olub.

Partiyalardan birinin (584 min barel (80 min ton) və ya 620 min barel neft (85 min ton)) noyabrın 7-8-də, ikincisinin isə noyabrın 18-19-da göndəriləcəyi nəzərdə tutulur.

Oktyabrda ARDNŞ Novorossiyskdən 3 neft partiyası satıb. İlk iki partiyanı Sun Oil S.A. şirkəti (İsveçrə) alıb. Üçüncü partiya REOC Ltd şirkətinə (Britaniyanın Virciniya adaları) satılıb.

ARDNŞ 2004-cü ilə olan 2,559 mln. tona qarşı 2005-ci ildə Novorossiysk limanından 1,631 mln. ton neft göndərib.

2006-cı ilin əvvəlindən Novorossiyskdən ARDNŞ-in neft partiyalarını aşağıdakı şirkətlər alıb:

Yanvar - Glencore (85 min ton);

Fevral - Taurus Petroleum (140 min ton);

Fevral - Glencore (60 min ton);

May - Glencore (60 min ton);

İyun - Glencore (60 min ton);

İyul - Glencore (60 min ton);

Avqust - Glencore (131 min ton);

Avqust - Select Energy (78 min ton);

Sentyabr - REOC Ltd. (85 min ton);

Sentyabr - Iitol (85 min ton);

Oktyabr - Sun Oil S.A. (160 min ton);

Oktyabr - REOC Ltd. (135 min ton);

Noyabr - Glencore Energy UK Ltd (165 min ton).

Xəbər lenti

Xəbər lenti