...

"Qafqaznəqliyyatservis" Azərbaycanda yeni neft terminalının tikintisi üzrə biznes-plan hazırlayacaq

Energetika Materials 28 Fevral 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / "Azərbaycan investisiya şirkəti" (AİŞ) SC "Qafqaznəqliyyatservis" şirkəti ilə Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintisi layihəsi üzrə Niyyət protokolu imzalayıb. Bu barədə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

"Qafqaznəqliyyatservis" - yerli şirkətdir, lakin onda xarici təsisçi iştirak edir.

AİŞ-lə razılaşmaya əsasən, şirkət geniş, dəqiq biznes-plan hazırlayacaq. "Biz öz tərəfimizdən başqa investorları da cəlb etməyə calışacağıq, belə ki, bizim şirkətin siyasəti yalnız özümüzün sərmayə qoymasından deyil, həm də maraqlanan xarici investorları və ya beynəlxalq maliyyə institutlarını cəlb etməkdən ibarətdir", - deyə A.Axundov qeyd edib.

Terminalın tikintisi təxminən 90 mln. ABŞ dolları məbləğində qiymətləndirilir. Başqa layihələrdə olduğu kimi, AİŞ-in 20-25% iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti