...

Azərbaycan neftinin qiyməti: 12-16 mart həftəsinin yekunları

Energetika Materials 19 Mart 2007 14:25 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/12-16 mart həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERİ LT (CIF) neft sortunun orta qiyməti $61,35/barr təşkil edib, bu da ötən həftənin qiymətindən $0,49/barr. və ya 0,8 faiz azdır.12-16 mart həftəsində AZERİ LT-nin makisimal qiyməti $62,05/barr., minimal qiyməti isə $60,94/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

12-16 mart həftəsində Azərbaycanın Novorossiyask limanından satdığı URAL (EX-NOVO) neft sortunun orta qiyməti $56,04/barr təşkil edib, bu da da ötən həftənin qiymətindən $0,08/barr. və ya 018 faiz çoxdur. 12-16 mart həftəsində URAL-ın makisimal qiyməti $56,86,05/barr., minimal qiyməti isə $55,57/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir, lakin bu neft sortunun satışı zamanı müxtəlif vaxtlarda spesifikasiyası tərkibində daha çox dominantlıq edən daha çox (və ya daha az) keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

Brent Dated neftinin 12-16 mart həftəsində orta qiyməti $61,00/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,52/bar rvə ya 0,08 faiz çoxdur. 12-16 mart həftəsində Brent-in makisimal qiyməti $61,79/barr, minimal qiyməti isə $60,56/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti