...

Polşa Azərbaycana öz neft sahəsini təqdim edir

Energetika Materials 25 Aprel 2007 16:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Polşa hökuməti sentyabrda Bakıdakı keçiriləcək ikinci milli sərgisi çərçivəsində Azərbaycana özünün neft sahəsini təqdim etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Polşanın Azərbaycandakı səfiri Kşiştof Kryevski məlumat verib.

Sərgidə iştirak etmək üçün Bakıya Polşanın iqtisadiyyat naziri səfər edəcək.

"Ticarət-iqtisadi əməkdaşlığın perspektivləri həmçinin sentyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasında müzakirə olunacaq! - deyə səfir məlumat verib.

Xəbər lenti

Xəbər lenti