Azərbaycan, Bakı / Trend / "Azərkimya" Dövlət Şirkəti Etilen-Polietilen zavodunda texnoloji proses üçün aparılan təmir işlərində istifadə edilən boruların alınmasına dair tender elan edib.
Şirkətdən verilən məlumata görə, tender üç lot üzrə keçirilir: 25x2,5x6000 mm diametrlik borular - 40 ton, 25x2,5x4000 mm diametrlik borular - 60 ton və 32x4x6000 mm diametrlik borular - 20 ton.
Tenderdə iştirak üçün sənədlər iyunun 4-dək qəbul olunacaq. Hər lot üzrə iştirakın qiyməti 200 manatdır.
Tender təklifləri iyunun 11-dək qəbul ediləcək. Prosedurun özü isə iyunun 12-də zavodun binasında keçiriləcək.