...

EIA: Azərbaycanın neft ehtiyatları Asiyadakı resursların 20 faizini təşkil edir

Energetika Materials 15 May 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 2006-cı ilin məlumatlarına əsasən, Azərbaycanda sübut olunmuş neft ehtiyatları 7 mlrd. barel təşkil edir. Bu barədə ABŞ Energetika Nazirliyinə daxil olan Enerji İnformasiya Administrasiyasının (EİF) yaydığı məlumatda bildirilir.

Hesabata əsasən, Asiyada neft ehtiyatlarının ümumi həcmi 36 mlrd. barel təşkil edir.

Azərbaycanda neft dəniz və qurudakı yataqlarda hasil edilir. Hasilat işləri ilə həm Azərbaycanın Dövlət Neft Şirkəti, həm də bir sıra xarici şirkətlər məşğuldur. "Azəri-Çıraq-Günəşli" yatağında yüngül Azeri Light nefti hasil olunur. Bu markalı neft dünya bazarlarında Brent Dated-ə mükafatla satılır.

Aşağıda dünyanın əsas neft ehtiyatlarına malik ölkələrinin cədvəli verilir:

Ölkə Neft ehtiyatları (mlrd. barel)
Səudiyyə Ərəbistanı 264,3
Kanada 178,8
İran 132,5
İraq 115
Küveyt 101,5
BƏƏ 97,8
Venesuela 79,7
Rusiya 60
Liviya 39,1
Nigeriya 35,9
ABŞ 21,4
Çin 18,3
Qətər 15,2
Meksika 12,9
Əlcəzair 11,4
Braziliya 11,2
Qazaxıstan 9
Norveç 7,7
Azərbaycan 7
Hindistan 5,8
Digər ölkələr 68,1
Ümumi 1,292,5
Xəbər lenti

Xəbər lenti