Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Rusiyanın "Russneft" şirkəti Azərbaycanın qurudakı yatağı "Binəqədi"nin işlənilməsi layihəsinin iştirakçısı olub.
Çərşənbə axşamı Azərbaycan Dövlət Neft Şirkətindən (ADNŞ) verilən məlumata görə, "Russneft" "Azpetrol"un birgə müəssisəsi olan AzEN-dəki iştirak payını alıb. Öz növbəsində bu müəssisə sözügedən layihədə 75 faiz paya malikdir. Qeyd edək ki, AzEN-də həmçinin Türkiyənin "Enka" şirkətinin iştirak payı var. ADNŞ isə "Binəqədi"də 25 faizlik iştirak payına malikdir.
"Binəqədi" yatağının işlənilməsi ilə bağlı saziş 2004-cü ilin sentyabrında imzalanıb.