...

Azərbaycanın NATO-dakı nümayəndəsi: ""Şahdəniz" yatağının ehtiyatları xeyli arta bilər" (video)

Energetika Materials 10 İyul 2007 14:35 (UTC +04:00)
Azərbaycanın NATO-dakı nümayəndəsi: ""Şahdəniz" yatağının ehtiyatları xeyli arta bilər" (video)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev / Çərşənbə axşamı Bakıda Azərbaycanın təşəbbüsü ilə təşkil olunan və "NATO həftəsi" çərçivəsində keçirilən enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı NATO-Avroatlantikanın tərfdaşlıq şurasının kollokviumu işə başlayıb. Görüş NATO-Avroatlantika çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı müzakirələr üçün tövsiyə xarakteri daşıyır, Azərbaycan və NATO-nun fərdi əməkdaşlıq üzrə fəaliyyət planından çıxış edir

Azərbaycanın NATO-dakı nümayəndəsi Kamil Xasiyevin verdiyi məlumata görə, görüşdə enerji təhlükəsizliyi ilə bağlı bütün məsələlər müzakirə olunacaq.

"Belə bir tədbirin Bakıda keçirilməsi həm Avropa, həm də region üçün Azərbaycanın enerji sahəsində vacibliyni təsdiq edir" - deyə o bildirib.

Çıxışı zamanı Xasiyev bildirib ki, "Şahdəniz" qaz-kondensat yatağında qiymətləndirmə işlərinin aparılmasından sonra təsdiq olunmuş ehtiyatların həcmi 1,2 trln. kubmetr qaza qədər artıb.

"Gələcəkdə qiymətləndirmə işlərinin aparılması nəticəsində ehtiyatlar 2 trln. kubmetrə qədər arta bilər" - deyə o bildirib.

"Şahdəniz" yatağından qaz "Cənubi Qafqaz" qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə ixrac olunur.

Qazı həmçinin Azərbaycan alır.

Kollokviumun işi zamanı xüsusi əhəmiyyət daşıyan enerji infrastrukturunun təhlükə və riskləri, enerji təhlükəsizliyinin regional və beynəlxalq aspektləri, təhlükəsizliyin maliyyə qiymətləndirilməsi, NATO/Avroatlantika əməkdaşlığının rolu kimi məsələlər müzakirə olunacaq. Görüşdə 25 ölkə iştirak edir.

Xəbər lenti

Xəbər lenti