...

"Arawak Energy Corporation" ilin ikinci yarısında Azərbaycanda hasil olunan neftin həcmini açıqlayıb

Energetika Materials 21 Avqust 2007 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Arawak Energy Corporation" şirkətinin məlumatında bildirilir ki, şirkət üzrə 2007-ci ilin ikinci yarısında neft hasilatı Azərbaycan üzrə 293 barr. da daxil olmaqla sutkada 9,404 min barr. təşkil edib.

"Arawak Energy Corporation" "Cənub- Qərb Qobustan" neft -qaz blokunda Azərbaycan quru blokunun işlənməsində iştirak edir. Blokun işlənməsi ilə "Gobustan Operating Company" (GOC) məşğul olur.

GOC-da iştirakın 80%-i "Commonwealth Gobustan Limited" şirkətinə məxsusdur, 20%-i isə ARDNŞ-ya təhkim olunub. "Commonwealth Gobustan Limited" şirəktində iştirakın 37,17%-i "Arawak Energy" şirkətinə, 62,83%-i isə "China National Petroleum Company" şirkətlər qrupuna məxsusdur.

Sənəddə qeyd edilir ki, ikinci kvartalda Azərbyacan üzrə əməliyyatlar "Arawak"ın möhkəmlənmiş balansına 0,3 mln. dollar vəsait daxil edib.

Xəbər lenti

Xəbər lenti