...

Azərbaycanda Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeddinci hesabat mərhələsinə start verilib

Energetika Materials 31 Avqust 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, avqustun 30-u Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün yeddinci hesabat mərhələsinə start verilib və bu hesabat mərhələsi 2007-ci ilin birinci yarısını əhatə edir. Həmçinin tenderdə beynəlxalq auditor şirkətlərinin iştirakı ilə bağlı qərar qəbul olunub.

Auditor şirkəti MHŞT-nin Azərbaycanda reallaşma mexanizminə uyğun olaraq Azərbaycan hökuməti və neft-qaz şirkətləri tərəfinədən təqdim olunan yarımillik hesabatları müqayisə edəcək.

MHŞT üzrə 2006-cı ilə üçün təqdim olunan və "Moore Stephens" tərəfinədən hazırlanan altıncı hesabatda bildirilir ki, hökumət neft-qaz sahəsində çalışan xarici şirkətlərdən ötən il 19,036 mln. barrel neft və 2 395, 461 mln. kubmetr qaz əldə edib.

Xarici şirkətlərdən gəlir vergisi qismində 972,958 mln. manat, imzalanmış bonuslara görə 2 mln. dollar, hər akra görə 8,639 mln. dollar, tranzit ödənişi qismində 14,19 mln. dollar əldə olunub. Neftin dəyəri 20,156 mln. dollar həcmində göstərilib.

2006-cı ildə Azərbyacan hökumətinə neft-qaz layihələrindən 57,476 mln. dollar və 1 417,767 mln. manat təhvil verilib.

Xəbər lenti

Xəbər lenti