Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Rusiya Avtomobil Sığortaçıları İttifaqı ilə sıx əməkdaşlığı iki ölkə bazarlarının imkanlarını genişləndirə bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev təşkilatın fəaliyyətinin yeni konsepsiyasına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, ötən il Rusiya Avtomobil Sığortaçıları İttifaqı nümayəndələri Azərbaycana səfər edib və Rusiyada bu sahədə keçirilmiş islahatların təcrübəsini bölüşüb.
Onun sözlərinə görə, ASA-nın prioriteti, həmçinin Baltikyanı ölkələrin, Türkiyə bazarının və digər ölkələrin təcrübələrini öyrənməkdir.