...

ABŞ Aİ-dən idxal olunan mallara rüsumları artırdı

Maliyyə Materials 31 Dekabr 2020 07:29 (UTC +04:00)
ABŞ Aİ-dən idxal olunan mallara rüsumları artırdı

Bakı. Trend:

ABŞ ticarət nümayəndəliyinin üzvləri Avropa İttifaqından idxal olunan bir sıra məhsullara rüsumları artırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ ticarət nümayəndəliyinin açıqlamasında deyilir.

Bildirilir ki, bu siyahıya Fransa və Almaniyadan alınan təyyarə hissələri və şərablar da daxildir. Qurum təyyarələrin yığılmasında istifadə olunan hissələr, köpüklü olmayan şərabların müəyyən növləri, o cümlədən konyak və digər brendlər üzrə rüsumların həcminin artırıldığını elan edib.

Rüsum artımının nə zaman qüvvəyə minəcəyi barədə açıqlama verməyib, lakin təfərrüatların “yaxın zamanda” açıqlanacağı vurğulanıb.

Qeyd edilir ki, rüsum artımı təyyarə istehsalçılarına verilən subsidiyalarla bağlı ABŞ-la Aİ arasındakı uzunmüddətli mübahisə məsələsində yeni addım hesab olunur. Söhbət 2004-cü ildə başlayan ABŞ-ın “Boeing” şirkəti ilə Avropa istehsalçısı “Airbus” arasında gedən məhkəmə mübahisəsindən gedir: tərəflər bir-birini Ümümdünya Ticarət Təşkilatının qaydalarını pozmaqda və təyyarə istehsalçılarına icazəsiz dövlət subsidiyaları verməkdə günahlandırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti