Bakı. Trend:
Azərbaycanda valyuta mübadilə məntəqələrinin fəaliyətinin genişləndirilməsinə böyük ehtiyac var, xüsusilə regionlarda.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyast,
sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev
deyib.
O qeyd edib ki, bugünə qədər valyuta dəyişməsinin qara bazarı var.
“Şənbə və bazar günləri banklar işləməyəndə turistlər pulu harda
dəyişsin? Xüsusilə regionlarda “exchange”lərin fəaliyyətinin bərpa
edilməsinə böyük ehtiyac var”, - deyə o qeyd edib.