...

"Kapital Bank" analitik və süni intellekt layihələrinə üstünlük verir

Maliyyə Materials 11 Oktyabr 2024 17:59 (UTC +04:00)
"Kapital Bank" analitik və süni intellekt layihələrinə üstünlük verir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Kapital Bank" analitik və süni intellekt layihələrinə üstünlük verir.

Trend xəbər verir ki, bu barədə “Kapital Bank”ın biznes analitikasının inkişafı üzrə aparıcı mütəxəssisi Nail Nəcəfov Bakıda "PAŞA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Kapital Bank”da analitik və ya süni intellekt layihələrini seçərkən, onların biznesə kömək etmə qabiliyyətinə və əsas məqsədlərimizə uyğunluğuna əsaslanırıq. Biz müştəri təcrübəsini yaxşılaşdıran, əməliyyatlarımızın səmərəliliyini artıran və gəlirliliyi yüksəldən layihələrə diqqət yetiririk. Məsələn, müştərinin həyat dəyərinin (Customer Lifetime Value) qiymətləndirilməsi modelinə üstünlük veririk, çünki bu model müştərinin real dəyərini daha yaxşı anlamağa kömək edir və marketinqdə, müştəri yönümlü strategiyalarda daha keyfiyyətli qərarların qəbul edilməsinə şərait yaradır.

Müştərilərlə qarşılıqlı əlaqənin avtomatlaşdırılması modeli seçilib, bu, müştərilərə dəstəyimizi tez bir zamanda yaxşılaşdırmağa imkan verir. Müasir rəqabət mühitində müştəri dəstəyinin sürətli və effektiv olması çox vacibdir. Eyni zamanda, layihələri hazırlama asanlığı və əlbəttə ki, onların gəlir gətirmə qabiliyyəti baxımından qiymətləndiririk. Beləliklə, bu cür layihələrə fokuslanaraq, analitik və süni intellekt təşəbbüslərimizin real və ölçülə bilən nəticələr verməsini təmin edə bilərik", - Nail Nəcəfov bildirib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək, onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti