Bakı. Trend:
Dünya Bankı Azərbaycanın iqtisadi artımının 2025-2029-cu illər ərzində orta hesabla 2.3 faiz səviyyəsində qalacağını proqnozlaşdırır.
Trend xəbər verir ki, aşağıdakı cədvəldə 2020-2029-cu illər ərzində daimi bazar qiymətləri şəraitində real ÜDM (faizlə ifadəsi) artımı ilə bağlı proqnozlar və qiymətləndirmələr əksini tapıb.
İl |
2020 |
2021 |
2022 |
2023 |
2024 |
2025 |
2026 |
2027 |
2028 |
2029 |
---|---|---|---|---|---|---|---|---|---|---|
ÜDM(%) |
-4.2 |
5.6 |
4.7 |
1.1 |
2.3 |
2.4 |
2.4 |
2.3 |
2.2 |
2.2 |
“Neft hasilatının, əsas neft yatağının köhnəlməsi səbəbindən azalmaqda davam edəcəyi ehtimal olunur, hərçənd təbii qaz hasilatı 2024–2025-ci illərdə pik həddinə çatdıqdan sonra sabitləşəcək. Qeyri-xammal sektorlarında iqtisadi artımın, əsasən, xidmət sahəsi və dövlətin əhəmiyyətli investisiyaları ilə stimullaşdırılan tikinti sektorunun hesabına təxminən 4 faiz olacağı proqnozlaşdırılır", – deyə Dünya Bankı qeyd edib.
Dünya Bankı, eyni zamanda, ortamüddətli perspektivdə Azərbaycanın xarici və büdcə mövqelərinin müsbət qalacağını proqnozlaşdırır, lakin profisitlər hasilatın azalması ilə əlaqədar karbohidrogen sektoru gəlirlərindəki düşüşlərin təsiri altında azala bilər.
Bununla belə proqnozlara xarici risklər və qeyri-müəyyənlik , həmçinin, aşağıdakı göstərilən faktorlar təsir edə bilər.
- regional münaqişələrin təkamülü
- qlobal iqtisadiyyatda dəyişiklik
- iqlimlə bağlı ekstremal hadisələrin yaratdığı fəsadlar.
X: @Lyaman_Zeyn