...

2029-cı ildə qeyri-neft gəlirlərin dövlət büdcəsindəki payı üçün proqnozlar açıqlanıb

Maliyyə Materials 2 Dekabr 2025 15:34 (UTC +04:00)
2029-cı ildə qeyri-neft gəlirlərin dövlət büdcəsindəki payı üçün proqnozlar açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il icmal büdcəsində qeyri-neft gəlirlərin payı cari ilə müqayisədə 5 faiz bəndi artaraq 63 %-ə çatacaq.

Trend xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti il icmal büdcənin üçdə ikisi qeyri-neft sektorunun hesabına təmin ediləcək və bu tendensiya davam edəcək:

“2029-cu il üçün proqnozlar göstərir ki, xərclər çərçivəsində bu rəqəm 69–70%-ə çatdırılacaq. Bu istiqamətdə atılacaq addımlar ölkəmizin neftə asılılığını daha da azaltmağa və qeyri-neft sektorunun inkişafını sürətləndirməyə imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti