Bakı. Trend:
Ötən il Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasında istehsal edilən enerjinin həcmi açıqlanıb.
Naxçıvan Dövlət Energetika Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu rəqəm 1.733 min kVt-saat olub.
Bu rəqəm 2020-2023 cü illər arasında müvafiq olaraq 0, 1.755, 1.761, 1.810 min kVt/saat olub.
Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasının istehsal etdiyi enerjinin son 5 il üzrə müqayisəli göstəricisi (min kVtsaat):
Qeyd edək ki, Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyası 2021-ci ilin iyun ayının 18-də istismara verilib.
Stansiyada il ərzində 1,6 milyon kVt-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.