...

"SOCAR Marine" Aİ sistemi çərçivəsində emissiya kvotalarının ticarətinə başlayıb

Yaşıl iqtisadiyyat Materials 4 Avqust 2025 11:27 (UTC +04:00)
"SOCAR Marine" Aİ sistemi çərçivəsində emissiya kvotalarının ticarətinə başlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

“SOCAR Türkiye” strukturuna daxil olan və dəniz daşımaları sahəsi üzrə ixtisaslaşmış “SOCAR Marine” Avrpopanın emissiyalar üzrə kvota ticarət sistemi (EU ETS) çərçivəsində istixana qazı emissiyalarının alışı və satışı üzrə əməliyyatlara başladığını elan edib.

Trend xəbər verir ki, şirkətin məlumatına görə, yeni təşəbbüs gəmi sahiblərinə, operatorlara və fraxt verənlərə, gəmilərin Aİ limanlarına daxil olarkən karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirməkdə dəstək göstərməyə yönəlib.

Mövcud qaydalara əsasən, EU ETS-nin dənizçilik sektorunda tətbiqindən sonra Avropa limanlarına daxil olan bütün gəmilər müəyyən olunmuş emissiya limitlərinə riayət etməli və müvafiq “carbon allowance” – karbon emissiya kvotalarını əldə etməlidir. “SOCAR Marine” isə sənaye iştirakçılarına belə kvotaların alqı-satqısı üzrə həllər təklif edərək, onların logistika əməliyyatlarının fasiləsizliyini təmin edir.

Bundan əlavə, şirkət təqdim etdiyi xidmətlərin dairəsini genişləndirməyi, o cümlədən, bioyanacaq ticarətini, “FuelEU” təşəbbüsü çərçivəsində xidmətlərin göstərilməsini və birgə “pooling” həllərinin təşkilini planlaşdırır ki, bu da “SOCAR Marine” şirkətinin davamlı dəniz daşımaları sahəsində aparıcı mövqelərini daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti