Azərbaycan, Bakı/ Trend / Azərbaycanın mobil rabitə operatorunun keçirdiyi "1001 hədiyyə" kampaniyası sona çatdı. Öz nömrələrinə kontur yükləyən, yaxud da balansını artıran "Azercell" abonentləri kompüter, videokamera, musiqi pleyeri və nəhayət mobil telefon qazanıblar. Bundan əlavə, minlərlə insan pulsuz danışıq vaxtı və kontur sahibi olub.
Kampaniyanın əsas mükafatı - super tyuninqli BMW avtomobili idi. "Azercell Telekom" mətbuat xidməti bildirir ki, çox qiymətli bu avtomobilin sahibinin adı yalnız kampaniyanın sonuncu ayında bəlli oldu. Belə ki, "1001 hədiyyə" kampaniyası çərçivəsində uduşa qoyulan super tyuninqli BMW avtomobili Ağdaş rayonunun Ortaləki kənd sakini Fərəməz Zəki oğlu Nurməmmədova qismət olub. 45 yaşlı Fərəməz Nurməmmədov 5 ildir ki, "Azercell" abonentidir. Avtomobilin açarını qalibə "Azercell Telekom" BM-in baş müdiri A.Halim Ateş təqdim edib.
"1001 hədiyyə" kampaniyasına iyunun 1-də start verilmişdi. Üç ay davam edən kampaniyaya - 500 iPod Nano, 300 SonyEricsson W880i mobil telefonu, 150 JVC markalı video kamera, 50 Acer Ferrari noutbuku və 1 BMW avtomobili çıxarılmışdı.
31 avqust 2007-ci il tarixinə Fakturalı xətt abonentləri 2473 ədəd 20 manatlıq, 1946 ədəd 40 manatlıq, 366 ədəd 100 manatlıq, 136 ədəd 200 manatlıq ödəmə kartlarında balansa hədiyyələr qazandılar. SimSim, GəncSim və BizdənBizə abonentləri isə 431743 ədəd 2 manatlıq, 68746 ədəd 5 manatlıq, 76147 ədəd 10 manatlıq, 7047 ədəd 20 manatlıq və 2960 ədəd 40 manatlıq danışıq vaxtı qazanıblar.
Hələlik 3 kompüter, 19 videokamera, 34 telefon və 156 iPod udulmayıb. Bundan əlavə, minlərlə danışıq vaxtı və balansa hədiyyələr hələ də udulmamış qalır. Bu hədiyyələr olan kartlar satışdadır. Onları udan şəxslər kartları "Azercell Telekom" BM-in Baş Ofisinə, bölgələrdə isə "Azercell" Müştəri Xidmətləri və ya "Azercell Ekspress" ofislərindən birinə 31 yanvar 2008-ci il tarixindən gec olmayaraq təqdim etməlidirlər.