...

Azərbaycan rabitə sahəsində RRB toplantısında iştirak edəcək

Telekommunikasiya Materials 22 Oktyabr 2007 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbacanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti rabitə sahəsində Regional Birliyin (RRB) rabitə idarələri rəhbərlərinin 38-ci toplantısında və MDB-yə üzv ölkələrin RRB yanında informasiya sahəsində Koordinasiya Şurasının 12-ci iclasında iştirak edəcək. Bu barədə dövlət müəssisəsindən məlumat verilib.Toplantı noyabrın 12-13-də Astanada (Qazaxıstan) keçiriləcək.Rabitə sahəsində Regional Birliyin (RRB) rabitə idarələri rəhbərlərinin toplantısında Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirak edəcəyi gözlənilir. Tədbirin gündəliyi, hələ ki, elan olunmayıb.

Rabitə sahəsində Regional Birliyin (RRB) rabitə idarələri rəhbərlərinin öncəki toplantısı may ayında Yurmalada (Latviya) Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna nümayəndə heyətləri və RRB müşahidəçilərinin iştirakı ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti