...

Azərbaycanda İKT-nin İnkişafı naminə İnsan Ehtiyatları Fondunun birinci görüşü may ayına planlaşdırılıb

Telekommunikasiya Materials 21 Aprel 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir S.Babayeva/ 2006-cı ilin sonlarında təsis edilmiş İnformasiya-Kommunikasiya Texnologiyalarının İnkişafı naminə İnsan Ehtiyatları Xeyriyyə Fondunun birinci iclası may ayına planlaşdırılıb. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

"Hazırda fondun fəaliyyətə başlaması üçün təşkilati işlər görülür" - deyə dövlət idarəsindən məlumat verilib.

Birinci iclasda idarə heyətinin nümayəndələri seçiləcək, rabitə və informasiya texnologiyaları sahəsi üzrə yerli kadrlara xarici ölkələrdə təhsil almaq üçün yardım üzrə iş planı müəyyənləşdiriləcək.

Hazırda fondun tərkibinə 15-dən çox İT şirkətlər - AZEL, Sinam, Ultra, Catel, Azercell, Bakcell, Azerfon, Microsoft və b. daxildir. Üzvlərin sayı Azərbaycan ərazisində fəaliyyət göstərən digər şirkətlər hesabına arta bilər.

Fondun qeyri-hökumət təşkilatı kimi yaradılması təşəbbüsü Rabitə Nazirliyi və İT şirkətləri tərəfindən irəli sürülüb.

Buna qədər isə Rabitə Nazirliyinin xətti ilə Ukrayna, ABŞ və Koreyanın ali təhsil müəssisələrində təxminən 30 nəfər təhsil alacaq. Fond fəaliyyət göstərəndən sonra tələbələrin təhsili fondun vəsaitləri hesabına həyata keçiriləcək. Fondun vəsait mənbəyi özəl şirkətlər və Rabitə Nazirliyinin hesabına təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti