Azərbaycan, Bakı, 07 may / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilk dəfə olaraq məhbusların kompüter biliklərinin artırılması üçün kompüter kabinetinin açılışı təşəbbüsü ilə çıxış edib. Azərbaycan Ədliyə Nazirliyinin Dövlət Pentensiar xidmətinin 6 saylı islah müəssisəsinə çərşənbə günü 10 kompüter təqdim olunub.
Kompüter kabinetinin açılışında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Azərbaycan Ədliyə nazirinin müavini Nazim Ələkbərov iştirak ediblər.
Kompüterlər AZEL, HP, KUR, Sinam və ULTRA şirkətləri tərəfindən təqdim edilib. Məhbuslara kompüter üzrə vəsaitlər də təqdim olunub.