...

Bakıda korporativ sosial məsuliyyətin inkişafı üzrə konfrans keçirilir

Telekommunikasiya Materials 20 May 2008 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom şirkətinin təşəbbüsü ilə Bakıda korporativ sosial məsuliyyətin inkişafına həsr olunmuş "Gələcəyə sərmayə" adlı ilk ikigünlük konfrans keçirilir.

Görüş "Azercell Telekom" MMC, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və UNİCEF tərəfindən, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil edilib.

Konfransın açılışında "Azercell Telekom"un vitse-prezidenti Ali Ağan, UNİCEF-in Azərbaycandakı rəhbəri Hanaa Singer, Milli Məclisin iqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə və başqaları çıxış ediblər.

Konfransın məruzəçiləri arasında , ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə koordinatoru Skot Teylor(USAID/Azerbaijan) və "Azpromo" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Emil Məcidov, Azerfon, BP və bir sıra qeyri - hökumət təşkilatlarının nümayəndələri var.

Məruzələr sosial problemlərin həllində biznesin rolu, uşaq əməyinin ləğvində işə götürənlərin məsuliyyəti, korporativ sosial məsuliyyətin inkişafında medianın fəaliyyəti, bu sahədə korrupsiya ilə mübarizədə biznesin rolu və s. həsr olunub.

Bu gün Azərbaycanın ən iri mobil rabitə operatoru olan və üç mln. abunəçiyə malik Azercell Telecom son 11 il ərzində sosial proqramlara 9 mln. manat sərmayə yatırıb.

Xəbər lenti

Xəbər lenti