...

Daha bir bank Azercell-in "Mobilbank" xidmətinə qoşulub

Telekommunikasiya Materials 12 Noyabr 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Bundan sonra daha çox sayda abunəçi Azercell Telecom MMC-nin təklif etdiyi "Mobilbank" xidmətindən istifadə edə biləcək. Şirkətin məlumatına bildirilir ki, noyabrdan Atabank-ın müştəriləri də "Mobilbank" xidmətindən istifadə edə biləcəklər.

Bununla da "Mobilbank" xidmətinə qoşulan bankların sayı 5-ə çatıb.

"Mobilbank" xidməti vasitəsilə istənilən an müştəri öz bank hesabının vəziyyətini öyrənə bilər, hesabla aparılan son əməliyyatlar, hesablarında olan vəsaitlərin hərəkəti zamanı (mədaxil və ya məxaric) bu barədə dərhal məlumat ala bilər. "Mobilbank"dan istifadə etməklə, abonent istənilən zaman mobil telefon xərclərini və elektrik enerjisi haqqını birbaşa telefonlarından ödəmək imkanı qazanır.  Bütün bu xidmətlərdən həftənin 7 günü 24 saat ərzində, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda yararlanmaq mümkündür.

"MobilBank" xidmətindən istifadə haqqı 7112 nömrəsindən göndərilən hər bir  SMS üzrə Fakturalı xətt abonentləri üçün 10 qəpik, Fakturasız xətt abonentləri üçünsə 22 (iyirmi iki) kontur səviyyəsində müəyyən edilib.

İndiyədək Azərbaycan Beynəlxalq Bankı, Respublika Bank, AGBank, Bank Standard-ın müştəriləri bu xidmətdən yararlana bilirdilər.

Xəbər lenti

Xəbər lenti