Azərbaycan, Bakı, 11 dekabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom abonentlərini, dekabrın 12-də saat 02:00-dan başlayaraq,SimSim danışıq kartlarının yüklənilməsində mümkün problemlər barədə xəbərdar edir.
Bu, operatorun şəbəkəsinin təkmilləşdirilməsi işlərilə bağlıdır, - şirkətin məlumatında deyilir.
Azercell Telecom dövri olaraq rabitənin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə analoji işlər aparır.
Azercell Telecom ölkənin ən iri mobil rabitə operatorudur və 3,5 mln. abonentə xidmət göstərir.