Azərbaycan, Bakı, 29 may / Trend , müxbir S.Babayeva /
Radiotezliklər üzrə Dövlət Komissiyası Azərbaycanda fəaliyyət göstərən 18 müəssisə və təşkilatlara yeni radiotezliklər ayırıb.
"Komissiyanın iclasında 12 müəssisə və təşkilatlara tezliklərin ayrılması üçün texniki araşdırmaların aparılması qərara alınıb", - Dövlət Komissiyasından deyiblər.
Bundan əlavə, komissiya beş şirkət və təşkilatın tezliyini qeyri-effektiv işlətdiklərinə görə geri alıb.
Azərbaycan Respubliksı Nazirlər Kabineti yanında Radiotezliklər üzrə Dövlət Komissiyası 1996-cı ilin avqustunda sabiq Prezident Heydər Əliyevin fərmanı ilə yaradılıb. Komissiyanın sədri Baş nazirin müavini Abid Şərifov, onun müavini rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdur. Komissiyanın tərkibinə Rabitə vƏ İnformasiya Texnologiyaları, Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və AZAL dövlət konserni nümayəndələri daxildir. Komissiyanın başlıca vəzifəsi radiotezliklərin paylanması və istifadəsi ilə bağlı uzunmüddətli Dövlət Proqramının hazırlanmasından ibarətdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]