...

"Azəricard" prosessinq mərkəzi Azərbaycanda elektron ticarətin inkişafını davam etdirir

Telekommunikasiya Materials 15 Sentyabr 2009 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "Azəricard" prosessinq mərkəzi malalan.az internet portalında elektron ticarət sistemini tətbiq edib. Bu barədə "Azəricard"-ın məlumatında deyilir.

Virtual mağazanın fəaliyyəti məlumat bazasında 30 mindən artıq Azərbaycan Respublikasının qanunvericilik aktlarının mühafizə edildiyi www.vescc.az saytının fəaliyyəti ilə möhkəm bağlıdır.

Hər bir qanunvericilik aktının konturlarla göstərilən öz qiyməti var. Bu sənədlərə baxmaq üçün uyğun kart əldə etmək zəruridir.

Satın alınanların ödənişi Visa International və Master Card beynəlxalq ödəmə sisteminin plastik kartları vasitəsilə həyata keçirilir. Bank kartına daxil edilən məlumatlar 3D Secure təhlükəsizlik texnologiyası sistemi vasitəsilə qorunur.

3D Secure təhlükəsizlik standartı Visa və Master Card tərəfindən internet şəbəkəsində kartlar üzrə təhlükəsiz servislərin hazırlanmasında istifadə olunub. 3D Secure texnologiyası ödəmələrin ən qabaqcıl standartıdır və dələduzluq riskini sıfıra endirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti