...

Azərbaycan ilə Türkiyə arasında pul köçürmələri üzrə elektron sistemin zəifliyi aşkar edilib

Telekommunikasiya Materials 23 Sentyabr 2009 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend , müxbir H.Vəliyev /

Pul köçürmələri üzrə elektron sisteminin təhlükəsizliyinin tam təmin edilməməsi ilə əlaqədar olaraq, Türkiyə tərəfindən Azərbaycana təklif edilən layihənin reallaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov çərşənbə günü deyib.

Onun sözlərinə görə, hazırda layihə üzərində işlər davam edir və mütəxəssislər tranzaksiyanın təhlükəsiz həyata keçirilməsi üzərində iş aparırlar.

Azərbaycan və Türkiyə arasında pul köçürmələri üzrə elektron sistemin tətbiqi məsələsi ilk dəfə 2008-ci ildə Türkiyə poçt nümayəndələrinin Azərbaycana səfəri zamanı qaldırılıb.

Poçt köçürmələri hazırda fiziki şəxslər tərəfindən pul vəsaitlərinin köçürülməsinin ən geniş yayılan üsuludur. "Azərpoçt" MMC bütün respublika üzrə geniş şəbəkəyə malik olmaqla, ölkənin ən ucqar rayonlarında belə zəmanətli xidmət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti