...

Apple iPad Azərbaycanda martın sonlarında olacaq

Telekommunikasiya Materials 1 Mart 2010 16:20 (UTC +04:00)
Apple Tablet kimi tanınan yeni iPad planşet noutbuku Azərbaycanda martın ortalarında olacaq. Bu barədə Trend Capital-a Apple-in Azərbaycandakı nümayəndəliyinin baş direktoru Ramil Musayev məlumat verib.
Apple iPad Azərbaycanda martın sonlarında olacaq

Azərbaycan, Bakı, 1 mart / Trend , müxbir H.Vəliyev/

Apple Tablet kimi tanınan yeni iPad planşet noutbuku Azərbaycanda martın ortalarında olacaq. Bu barədə Trend -a Apple-in Azərbaycandakı nümayəndəliyinin baş direktoru Ramil Musayev məlumat verib.

Onun sözlərinə görə, ilk növbədə yeni qurğu mobil istifadəçiləri üçün maraqlı olacaq. Qiymət istehsalçı tərəfindən bəyan edilən dəyərdən fərqlənəcək (müxtəlif konfiqurasiyada 499 dollardan 829 dollara kimi). Apple üçüncü nəsil (3G) standartlarına cavab verəcək və Wi-Fi texnologiyaları üzrə internet şəbəkəsinə simsiz çıxışa malik olacaq.

İlk səfə iPad Apple tərəfindən yanvarın 28-də təqdim olunub. Sensor displeyə malik qurğu film, televiziya şoularına baxmağa, oyunlar oynamaga, internet şəbəkəyə daxil olmağa, elektron kitab və qəzet oxumağa imkan verir.

iPad smartfon və leptonun kombinasiyasından ibarətdir, lakin iPod-dan böyük görünür. Qurğu toplayıcısının həcmi 6, 32 və 64 gigabaytdır. iPad Wi-Fi 802.11n və Bluetooth 2.1 standartlarına malikdir, qurğunun avtonom işi 10 saat təşkil edir.

Xəbər lenti

Xəbər lenti