...

İran Iran E-mail elektron poçt sisteminin işlənib hazırlanması üzrə işə başlayıb

Telekommunikasiya Materials 2 İyun 2010 17:37 (UTC +04:00)
İran Iran E-mail elektron poçt sisteminin işlənib hazırlanması üzrə işə başlayıb. Bu sistem yüksək səviyyədə təhlükəsizlik və keyfiyyət təqdim edir.
İran Iran E-mail elektron poçt sisteminin işlənib hazırlanması üzrə işə başlayıb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir T.Cəfərov/

İran Iran E-mail elektron poçt sisteminin işlənib hazırlanması üzrə işə başlayıb. Bu sistem yüksək səviyyədə təhlükəsizlik və keyfiyyət təqdim edir. Bunu Rabitə Nazirliyi yanında informasiya texnologiyaları üzrə şirkət rəhbərinin müavini Əli Əsgər Ənsari deyib. Məlumatı MEHR informasiya agentliyi yayıb.

Ənsari əlavə edib ki, indi www.iran.ir saytındakı elektron poçt hökumət səviyyəsində istifadə edilir. Amma yaxın zamanlarda qərarın təsdiq olunmasından sonra hər kəs üçün pulsuz istifadəyə veriləcək. O, həmçinin deyib ki, İranın elektron poçt ünvanlarını yalnız İranın daxilində istifadə etmək mümkün olacaq.

Hazırda üç minə yaxın adam İran elektron poçtundan istifadə etmək istədiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti