...

Bakcell abunəçiləri "Uşaqların Xilası"na artıq 55 min manat yardım ediblər

Telekommunikasiya Materials 8 İyun 2010 17:22 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti 55 min manat dəyərində "Böyük çek"i "Uşaqların Xilası" təşkilatına təqdim edib. Bu məbləğ Bakcell Stars adlı KSM proqramı çərçivəsində Bakcell abunəçiləri tərəfindən ianə edilib.
Bakcell abunəçiləri "Uşaqların Xilası"na artıq 55 min manat yardım ediblər

Аzərbaycan, Bakı, 8 iyun /Trend/

Azərbaycanın ilk mobil operatoru olan Bakcell şirkəti 55 min manat dəyərində "Böyük çek"i "Uşaqların Xilası" təşkilatına təqdim edib. Bu məbləğ Bakcell Stars adlı KSM proqramı çərçivəsində Bakcell abunəçiləri tərəfindən ianə edilib. Çek Bakcell-in baş direktoru İneke Botter tərəfindən "Uşaqların Xilası" təşkilatının ölkə üzrə direktoru Cef Cakominiyə təqdim edilib. Bu barədə Bakcell-in məlumatında deyilir.

"Bakcell Stars məmnuniyyətlə bəyan edir ki, Bakcell abunəçiləri tərəfindən "Uşaqların Xilası" təşkilatına 55 min manat yardım olub. Bu yardım Azərbaycandakı uşaqların həyatında dəyişiklik etməyə kömək edəcək. Biz Azərbaycan cəmiyyətindəki uşaqlara yardım etməyə davam edəcəyik. Bakcell Stars-a yardım edilmiş hər bir manat Azərbaycandakı qayğıya ehtiyacı olan uşaqlara yönələcək", - rəsmi təqdimetmə mərasimində xanım İneke Botter bildirib.

Toplanmış məbləğ Azərbaycan məktəbliləri arasında tolerantlıq, yaxşı davranış və sağlam seçim kimi ideyaların aşılanmasına dair təhsil proqramlarının maliyyələşməsinə sərf olunacaq. Bakcell abunəçilərinin yardımı vasitəsilə "Uşaqların Xilası" təşkilatının təhsil proqramı daha böyük coğrafiyaya yayılacaq və hər növ yaş qruplarını əhatə edəcək.

Bu ianə sms-kampaniya vasitəsilə toplanıb. Kampaniya zamanı hər bir Bakcell abunəçisi 1155 qısa nömrəsinə cavab yazmaqla, uşaqlara AZN 1 və ya 450 kontur yardım edib.

Bakcell Stars proqramı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti