...

"Teleradio" İstehsalat Birliyi "İdman-Azərbaycan" telekanalının yayımını optimallaşdırır

Telekommunikasiya Materials 23 İyul 2010 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Q.Vəliyev/

İlin sonunadək Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi "İdman Azərbaycan" telekanalının yayımının əhatə dairəsini genişləndirəcək. Bu barədə Trend-ə cümə günü "Teleradio" İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov deyib.

Abbasovun sözlərinə görə, hazırda telekanalın əhatə dairəsi 70 faizə çatıb, cari ilin sonunadək isə bu göstərici 90 faiz təşkil edəcək.

Müəssisə respublika ərazisinin 99,9 faizini əhatə edən AzTV və İctimai Televiziya kanallarının yayımını optimallaşdırıb. Bununla yanaşı, özəl və regional televiziya kanallarının yayımının keyfiyyəti yaxşılaşdırılıb.

Hazırda "Teleradio"nun mütəxəssisləri tərəfindən Şəki, Zaqatala, Gəncə və digər şəhərlərin regional televiziya kanallarının genişləndirilməsi üzrə işlər aparılır.

Yeni yayımlayıcıların istismara verilməsi rayonların yaxınlığında yerləşən ərazilərə televiziya və radio yayımlarını xeyli genişləndirməyə imkan verəcək.

Yayımın əhatə dairəsinin genişləndirilməsində "Elektronika" və "Kvant Efir" şirkətlərinin ötürücü avadanlığı istifadə olunur.

Şirkətin avadanlıqları sırasında müxtəlif güclü həm analoq, həm də "digital ready" avadanlıqları var ki, bunlar da Azərbaycanda həyata keçirilən rəqəmsal yayıma keçməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti