...

"Microsoft Azerbaijan" İnnovativ Müəllimlər Müsabiqəsi keçirir

Telekommunikasiya Materials 7 Dekabr 2010 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend,müxbir H.Vəliyev/

"Microsoft Azerbaijan" şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycanda İnnovativ Müəllimlər Müsabiqəsi elan edib. Bu barədə çərşənbə axşamı "Microsoft Azerbaijan"dan məlumat verilib.

Müsabiqə Ultra, HP, həmçinin "Mədəd" təşkilatı və Azərbaycanın təhsil şəbəkəsi "AzEduNet"in dəstəyi altında keçirilir.

Müsabiqənin məqsədi orta ümumtəhsil məktəblərində ən yaxşı innovativ metodlardan istifadə edən müəllimlərin seçimidir. Müsabiqə iki nominasiya üzrə keçirilir: "Məzmunca innovasiya" və "Tərəfdaşlıqda innovasiya".

"Məzmunca innovasiya" nominasiyası innovasiya və informasiya texnologiyaları vasitəsi ilə daha effektiv formada təhsil proqramını tətbiq etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətləndirilib.

"Tərəfdaşlıqda innovasiya" nominasiyası təhsil prosesinə müxtəlif qrupları - müəllimlər, məktəblilər, məktəblər, valideynlər və s. daha effektiv şəkildə cəlb edən ən yaxşı təhsil layihəsini müəyyən etməyə yönəldilib.

Müsabiqə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə hər bir müsabiqə iştirakçısı layihənin təsvirini baxış üçün peşəkar münsiflər heyətinə təqdim edəcəklər. İkinci mərhələdə iştirakçılar layihələrinin təqdimatını keçirəcəklər.

Qaliblər iki nominasiya üzrə müəyyən olunacaqlar. Hər bir nominasiya üzrə birinci, ikinci və üçüncü yerləri tutacaq qaliblər müəyyənləşdiriləcəklər.

Layihələrin qəbulu 2011-ci il yanvarın 15-də başa çatacaq. Daha ətraflı məlumatı /http://itn-az.spaces.live.com/ səhifəsində almaq olar.

Müsabiqənin qalibləri 2011-ci il martın 22-24-də Moskvada keçirələcək Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti