...

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu korporativ şəbəkənin qurulması üzrə tender elan edib

Telekommunikasiya Materials 11 Yanvar 2011 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu fondun aparatını yerli orqanlarla birləşdirən korporativ şəbəkənin qurulması məqsədilə texniki avadanlıqların alınması üzrə tender elan edib. Bu barədə çərşənbə axşamı tender komissiyasından verilən məlumatda deyilir.

Tenderdə iştirak üçün sənədlər və tender təklifləri fevralın 9-u saat 17:00-dək qəbul edilir.

Tender təkliflərinin açılışı fevralın 18-də Dövlət Fondunun aparatında keçiriləcək.

Əlavə məlumat almaq üçün 530-29-03 nömrəsinə müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti