...

CATEL-in şəbəkəsində fasilələrin yaranması aprelin 3-dək yubana bilər

Telekommunikasiya Materials 2 Aprel 2011 16:20 (UTC +04:00)
Rabitə operatoru CATEL-in şəbəkəsində fasilələrin yaranması sabahkı günün birinci yarısınadək yubana bilər. Bu barədə Trend-ə şənbə günü Fonex (ticarət markası CATEL) şəbəkəsinin diler mərkəzlərindən birində deyiblər.
CATEL-in şəbəkəsində fasilələrin yaranması aprelin 3-dək yubana bilər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə operatoru CATEL-in şəbəkəsində fasilələrin yaranması sabahkı günün birinci yarısınadək yubana bilər. Bu barədə Trend-ə şənbə günü Fonex (ticarət markası CATEL) şəbəkəsinin diler mərkəzlərindən birində deyiblər.

Rabitə operatoru CATEL-in şəbəkəsində böyük fasilələrin yaranması cümə günü CDMA standartında (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex mobil şəbəkəsinin zona kodu 040 ilə başlayan nömrələr) işləyən telefon sahiblərinin şəbəkədən açılmasına səbəb olub. Şəbəkə abonentləri zəng etmək və zəngləri qəbul etmək imkanından məhrum ediliblər.

Operatorun şəbəkəsində fasilələrin yaranması ilkin olaraq rabitə xəttinin qırılması ilə izah edilib. Fonex-in xidmətlər mərkəzindən şirkətə istinadən verilən məlumata görə, şəbəkədə problemlər baza stansiyalarının sayının artırılması məqsədilə aparılan yenidənqurma üzrə işlərlə əlaqədardır. Bununla bağlı şəbəkənin işi müvəqqəti olaraq dayandırılıb.

Şirkətdən bildirdiklərinə görə, hazırda mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar, lakin şəbəkənin işinin nə vaxt tam bərpa ediləcəyini açıqlaya bilmədilər.

Xəbər lenti

Xəbər lenti