...

Bakı telefon şəbəkəsi elektronlaşdırma işlərini mayın ortalarında başa çatdıracaq

Telekommunikasiya Materials 9 Aprel 2011 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi aprelin 20-dək 494/495 telefon stansiyalarının elektronlaşdırma işlərini başa çatdıracaq. Bu barədə şənbə günü Trend-ə İB-dən məlumat verilib.

Bu gün bu ATS-lərin köhnə nömrə tutumlarının yeni xəttə keçidi üzrə işlər görülür. Bununla əlaqədar göstərilən dövrdə ümumi telefon xətlərində qısa müddətli fasilələrin yaranması mümkündür.

Elektronlaşdırma işlərinin başa çatması ilə əlaqədar 596/597 ATS-də də müvəqqəti narahatlığın yaranması mümkündür.

Operator, həmçinin 438/439 ATS-nin elektronlaşdırılmasını da həyata keçirir. Bu ATS-in elektron nömrə tutumlarına tam keçidi mayın ortalarına gözlənilir.

Yenidənqurmadan sonra abonentlərin yeni telefon nömrələri mövcud nömrələrin ardıcıllığı saxlanmaqla "5" rəqəmi ilə başlayacaq. Hər bir abonent qoşulma və telefonun yeni nömrəsi haqqında məlumat alacaq.

İşlər başa çatdıqdan sonra operatorun telefon infrastrukturu tamamilə elektron formaya keçiriləcək.

Bütün telefon stansiyaları növbəti nəsil şəbəkəsi (NGN - Next Generation Network) bazasına əsaslanır ki, onun tətbiqi əsas prioritet vəzifələrdən biridir. Bu gün operatorun şəbəkəsində fəaliyyət göstərən ATS-in 60 faizindən çoxu növbəti nəsil şəbəkəsi bazasına əsaslanır. Yeni sistem rabitə xidmətinin ənənəvi növləri ilə yanaşı İP-telefoniya, günişzolaqlı İnternet, İP-TV və başqa xidmətlər də göstərir.

Xəbər lenti

Xəbər lenti